Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media