“20 Yanvarda şəhidlərin qəbirlərinə qoyulan qərənfillər necə müstəqilliyi xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas xarıbülbül Azərbaycan ərazilərinin azadlığının rəmzinə çevrilib”
Bizim.Media-nın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında çıxışında səsləndirib.
“Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri, şübhəsiz ki, qardaşlarımdan biri cənab Preizdent İlham Əliyevə aiddir”,- deyə o əlavə edib.
Ərdoğan Azərbaycan Ordusunu xüsusi olaraq təbrik edib:
“Onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm”,-deyə Türkiyə prezidenti vurğulayıb.
Bizim.Media