BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi dekabrın 7-də Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı qərarını açıqlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilir.
Bakı sentyabrın 24-də məhkəməyə müraciət edərək, Ermənistanın azərbaycanlılara milli və etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törətdiyini deyib.
Bundan əvvəl Azərbaycan və Ermənistan hər biri ayrı-ayrılıqda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə qarşılıqlı hüquqi iddialar təqdim edib.
Ermənistan iddiasında məhkəmədən 2020-ci ilin sentyabr-noyabr aylarında və ya ondan sonra silahlı toqquşmalar zamanı əsir götürülən erməni hərbçilərini, mülki girovları və digər məhbusları dərhal azad etməyi xahiş edir.
Bizim.Media