Soçi görüşündə 3 əsas məsələnin Fərid Şəfiyev tərəfindən ÖZƏL ŞƏRHİ

"Azərbaycan üçün Soçi görüşünün nəticələri müsbətdir" deyən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev əlavə edib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərin mühitinə baxdıqda Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında müsbət münasibətlərin olduğunu görmək olur.

Bizim.Media-ya özəl açıqlamasında Fərid Şəfiyev Putinin Azərbaycanla ikitərəfli münasibətlərə nikbin şərhlər verdiyini də xatırladıb.

O ki qaldı Ermənistan-Azərbaycan münasibətləri kontekstində olan nəticələrə:

"Ümumən qeyd etmək istərdim ki, postmünaqişə dövründə gündəliyi Azərbaycan formalaşdırır. Azərbaycanın təşəbbüsü və təzyiqi nəticəsində - bu çox vacibdir. Məhz təzyiqi nəticəsində Ermənistan müvafiq addımlar atmağa məcburdur. Ermənistanın həm dəhliz, həm delimitasiya məsələlərində prosesi süründürmək istəməsinə baxmayaraq artıq məcbur qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Zəngəzur dəhlizi İranla Ermənistana da açıqdır” – ŞƏRH 


Burada Rusiyanın da müəyyən dərəcədə rolu var. Hətta çərçivə qoyulub ki, ilin sonuna qədər delimitasiya komissiyası yaradılmalıdır. Putinin də qeyd etdiyi kimi, 3 əsas məsələ müzakirə olunub:

1.Delimitasiya

2.Dəhliz

3.Humanitar məsələlər

•Humanitar məsələlərdə söhbət minalardan və həbs olunmuş ermənilərdən gedir.  Bu məsələlər Azərbaycanın təzyiqi ilə müzakirə olunur. 

•Delimitasiya ilə bağlı müsbət məqam ondan ibarətdir ki, Ermənistanın qarşılıqlı "qoşunları geri çəkək" təkidinə baxmayaraq, bu olmayacaq. Yəni bizim qoşunlarımız hazırda yerləşdiyi nöqtələrdə qalacaqlar. Ardınca komissiya yaradılacaq və iş başlayacaq.

Burda bizim üçün vacib olan bir məsələ var, bu da delimitasiya ilə bağlı sənəddə ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınmasıdır. Düzdür, ermənilər deyir ki, 1991-ci ildə "onsuz da tanımışıq". Hesab edirəm ki, bu, bir də təsdiq olunsa, yaxşı olar. Amma belə görünür ki, sadəcə komissiya yaradılacaq. Sənədin imzalanması və parametrləri hələ bəlli deyil.
 

Ola bilsin ki, həssas məsələ olduğu üçün Paşinyan bunun ictimailəşdirilməməsini xahiş edib. Ümumiyyətlə, bəzi məsələlər qapalı şəkildə müzakirə olunur və Ermənistan üçün həssas olduğu üçün bizim rəsmilər də şərh etmirlər. 


•Kommunikasiyaların açılması məsələsində müsbət dinamika var. Ermənilər bu işə il ərzində böyük əngəl törədiblər. Mövzunun gündəmdə müzakirəsinə məcbur edirik və artıq lazımi addımların atılacağı gözlənilir. Maraqlı fakt Putinin koridor sözünü istifadə etməsidir.

Ermənilərin vurğuladığı odur ki, 10 noyabr bəyanatında Naxçıvana gedən kommunikasiya punktunda dəhliz sözü işlənməyib. Bu termini biz işlədirik, ermənilər istifadə etmirlər. Burda əsas hədəfimiz sənəddə necə qəbul olunub - "maneəsiz". Bizim insanlar və yüklər Naxçıvana maneçiliksiz hərəkət etsinlər. Buna nail olandan sonra həmin yola dəhliz deyib-deməyəcəkləri ikinci məsələdir. Düşünürəm ki, bu istiqamətdə də müsbət dinamikanı görəcəyik". 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Paşinyanın bir çox məsələləri Brüsseldə həll etmək istədiyini də səsləndirib. Bu isə görünürdü:

"Hətta bir faktı götürək ki, Paşinyan noyabrın 9-na nəzərdə tutulan görüşü ləğv edib, sonra Brüsselə işarə edib. Nəticədə Rusiyanın təşəbbüsü ilə Soçi görüşü ortaya çıxıb. Təbii ki, Rusiya təşəbbüsü öz əlində saxlamaq istəyir. Amma həqiqət ondan ibarətdir ki, bölgədə Rusiya hələ də geosiyasi gücdür. Açığı, Avropa Birliyinin Cənubi Qafqazla bağlı siyasəti də heç aydın deyil. Çünki onlar ayırdığı yardımlarda belə, üstünlüyü Ermənistana verirlər".

Fərid Şəfiyev sonda bir daha xatırladıb ki, Soçi görüşü Azərbaycan üçün müsbət qiymətləndirilməlidir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Teleradio Akademiyasında “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

Teleradio Akademiyasında “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər SAXLANILDI

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər SAXLANILDI

“Sevgilimlə tanış olun” - FOTO

“Sevgilimlə tanış olun” - FOTO

Evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Zelenski İranı TƏNQİD ETDİ: “Dünya İslam Respublikasına vaxt verməməlidir”

Zelenski İranı TƏNQİD ETDİ: “Dünya İslam Respublikasına vaxt verməməlidir”

Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru TƏYİN EDİLDİ

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru TƏYİN EDİLDİ

"Liverpul" "Arsenal"ı 109 milyon avroya MƏĞLUB EDİR

"Liverpul" "Arsenal"ı 109 milyon avroya MƏĞLUB EDİR

Rus Dram Teatrına direktor təyin olunub

Rus Dram Teatrına direktor təyin olunub

Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ

Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Yeşil Çam, yoxsa Hollivud? – 35 il fərqlə çəkilən iki məşhur film arasında QƏRİBƏ OXŞARLIQ

Yeşil Çam, yoxsa Hollivud? – 35 il fərqlə çəkilən iki məşhur film arasında QƏRİBƏ OXŞARLIQ

Su sayğaclarını oğurlayan şəxs TUTULDU

Su sayğaclarını oğurlayan şəxs TUTULDU

Zelenski: Ukraynada bir dənə də olsun zədələnməmiş elektrik stansiyası qalmayıb

Zelenski: Ukraynada bir dənə də olsun zədələnməmiş elektrik stansiyası qalmayıb

Ebru Gündeşin bir saatlıq səhnə qiyməti hər kəsi şoka saldı - FOTO

Ebru Gündeşin bir saatlıq səhnə qiyməti hər kəsi şoka saldı - FOTO

Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Mingəçevirdə yük maşını qəza törətdi – ölən var

Mingəçevirdə yük maşını qəza törətdi – ölən var

Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb - FOTO

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb - FOTO

Azad olunmuş ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Azad olunmuş ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

İrandan dünyanı qorxuya salan TƏHDİD – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

İrandan dünyanı qorxuya salan TƏHDİD – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Qusarda dünyasını dəyişən ukraynalı turistin ölüm səbəbi BƏLLİ OLDU – ÖZƏL

Qusarda dünyasını dəyişən ukraynalı turistin ölüm səbəbi BƏLLİ OLDU – ÖZƏL

Kürdəmirdə 60 yaşlı kişinin meyiti su kanalından TAPILDI - FOTO

Kürdəmirdə 60 yaşlı kişinin meyiti su kanalından TAPILDI - FOTO

Naxçıvanda dəm qazından zəhərlənən ailənin SON DURUMU

Naxçıvanda dəm qazından zəhərlənən ailənin SON DURUMU

End of content

No more pages to load

RADİO