Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ADA Univesristetində İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan təhsiI proqramının genişləndirilməsi və İtaliya-Azərbaycan Universitetinin yaradılması məqsədilə ADA Universiteti ilə Luiss Universiteti arasında imzalanmış sazişə əsasən bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev tərəfindən qeyd edilmiş əməkdaşlıq çərçivəsində həyata keçirilmiş hazırlıq işləri ilə bağlı məlumat təqdim edilib.

Görüşdə nazir Dağlıq Qarabağ münaqişəsinin gedişatında İtaliya hökumətinin mövqeyinə görə, həmçinin dövlət katibinə ünvanlanmış məktuba qısa zaman ərzində münasibət bildirildiyi üçün qonağa təşəkkürünü ifadə edib.

Cənab Manlio Ermənistan işğalından azad edilmiş Ağdama səfərinin təəssüratlarını bölüşüb və İtaliya şirkətlərinin qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirələcək quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib.

Həmçinin, iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinə toxunulub, İtalya şirkətləri ilə hazırda davam edən və gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edilib.

Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu bildirilib.

Yekunda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələn il Bakı şəhərində keçiriləcək 6-cı iclasına hazırlıq işlərinin müzakirə edilməsi məqsədilə videokonfrans formatında görüşün keçirilməsi razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yanır, sakinlər təxliyə edilir - ANBAAN VİDEO

Bakıda bina yanır, sakinlər təxliyə edilir - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO

Millimiz Özbəkistana UDUZDU

Millimiz Özbəkistana UDUZDU

DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

Yeni həyata başlayacaq BÜRCLƏR: Pul və şəxsi xoşbəxtlik kimin olacaq?

Yeni həyata başlayacaq BÜRCLƏR: Pul və şəxsi xoşbəxtlik kimin olacaq?

“Turan Tovuz” “Zirə”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Zirə”ni məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO