Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Co Baydenlə şəxsi münasibətlərindən danışıb.
Bizim.Media Türkiyə KİV-nə istinadla məlumat verir ki, Rəcəb Tayyib Ərdoğan Baydenlə səmimi münasibətlərinin olduğunu söyləyib:
“Baydeni çox yaxşı tanıyıram, hətta evimə qədər gələn biridir. Xəstə olduğum zaman məni evimdə ziyarət etmişdi.
Təəssüf ki, bütün dünyada siyasət çox çirkin irəliləyir. Ağlına bir şey gələn həmən masaya sanksiya gətirir. Hazırda bizim silah almamızla bağlı addıqları addımları doğru saymırıq. Bayden fəaliyyətə başladıqdan sonra bütün bunları oturub danışacağıq”,- deyə cavab verib.
Ağanisə Sultan, Bizim.Media