“44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad etdi. Bununla da Qarabağda 30 il davam edən ədalətsizliyə son qoyuldu”
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər öncəsi keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan bildirib ki, Azərbaycana dəstəyi bundan sonra da davam etdirəcək:
"44 günlük çətin mübarizə sayəsində bu gün hilal və ulduz Qarabağ səmasında qürurla dalğalanır. İşğaldan azad olunmuş ərazilərinin yenidən qurulması prosesində Azərbaycanın yanında olacağıq".
Bizim.Media