Qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən Kanada Senatında müzakirəyə çıxarılıb və rədd edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Kanada Senatının rəsmi tvitter hesabında bildirilib:
“53 senator qətnamə layihəsinin əleyhinə, 16 senator lehinə səs verib, 5 senator isə bitərəf qalıb.
Qondarma “DQR”-in müstəqilliyinin tanınmasını nəzərdə tutan qətnamə layihəsinin müəllifi, ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırıb.
Bizim.Media