Noyabrın 19-da Azərbaycan Respublikasının Ali Məhkəməsi 4 nəfərə - keçmiş NİDA-çılar Rəşadət Axundova, Rəşad Həsənova, Üzeyir Məmmədliyə və REAL Siyasi Komitəsinin üzvü Zaur Qurbanlıya tam bəraət verib.
Bizim.Media xəbər verir ki, bu barədə REAL partiyasının üzvü Natiq Cəfərli özünün “Facebook” hesabında məlumat verib.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunmuşdu. Həmin vaxt onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Bəziləri 2, bəziləri isə 4 il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Bizim.Media