Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümünə həsr olunan “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib.
Bizim.Media-nın xəbərinə görə, tədbirdə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP sədrinin müavini Əli Əhmədov, “91”lərdən biri olan professor Şahlar Əsgərov, Milli Məclisin deputatları, yerli təşkilatların sədrləri və digər şəxslər iştirak ediblər.
Mərasimdə əvvəlcə partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib, sonra çıxışlar baş tutub.
Bizim.Media