Prezident Biləcəri deposunun açılışını etdi - FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. 

Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi" layihəsi çərçivəsində həyata keçirilib.

Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib.

Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.

Dövlətimizin başçısı yeni deponun açılışını edib.

Onu da qeyd edək ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi baxımından yeni Biləcəri lokomotiv deposu da mühüm rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi

Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi

Prezidentdən erməni nümayəndənin təxribatçı sualına DİPLOMATİK CAVAB - VİDEO

Prezidentdən erməni nümayəndənin təxribatçı sualına DİPLOMATİK CAVAB - VİDEO

Bininci Qarabağ müharibəsində itkin düşən İsmayıl Müslümov ANILDI - FOTO

Bininci Qarabağ müharibəsində itkin düşən İsmayıl Müslümov ANILDI - FOTO

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər - FOTO

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər - FOTO

Qurban Qurbanov “İmişli” klubuna ETİRAZ ETDİ

Qurban Qurbanov “İmişli” klubuna ETİRAZ ETDİ

Bu gün işdən azad olunan generaldan AÇIQLAMA

Bu gün işdən azad olunan generaldan AÇIQLAMA

İlham Əliyev və Zelenskinin müzakirə etdiyi məsələlər AÇIQLANDI - FOTO

İlham Əliyev və Zelenskinin müzakirə etdiyi məsələlər AÇIQLANDI - FOTO

"Sülh körpüsü" konfransının yekunlarına dair BƏYANAT

"Sülh körpüsü" konfransının yekunlarına dair BƏYANAT

Zelenski dövlətimizin başçısına TƏŞƏKKÜR ETDİ

Zelenski dövlətimizin başçısına TƏŞƏKKÜR ETDİ

Naxçıvanda dəm qazı faciəsində ölənlərin sayı ARTDI

Naxçıvanda dəm qazı faciəsində ölənlərin sayı ARTDI

Prezident: “Ukraynadakı səfirliyimizə hücum Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən haldır”

Prezident: “Ukraynadakı səfirliyimizə hücum Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən haldır”

"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı

"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı

“Naxçıvanla birlikdə TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər” - Marta Kos

“Naxçıvanla birlikdə TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər” - Marta Kos

Prezident: “TRIPP Tramp administrasiyası üçün vacib olacaq”

Prezident: “TRIPP Tramp administrasiyası üçün vacib olacaq”

End of content

No more pages to load

RADİO