Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə danışıqlar aparacaq.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, görüşün gündəliyinə ATƏT-in cari işinə dair geniş spektrli məsələlər, o cümlədən bu ilin dekabrın 2-3-nə planlaşdırılan qurumun Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq daxildir.
Danışıqlarda Ukrayna və Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.
Nazirlər Dnestryanı münaqişənin nizamlanmasında təşkilata yardım, o cümlədən Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrində ATƏT-in vasitəçiliyi məsələlərini nəzərdən keçirəcəklər.
Bizim.Media