“Ermənistan və Azərbaycan arasında vəziyyətin həllində Rusiya diplomatiyasının rolu artır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edən Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiya üçün postsovet məkanında mehriban qonşuluq və tərəfdaşlıq mühiti vacibdir:
“Qarabağ bölgəsində baş verən son atışmalar göstərdi ki, orada sülhməramlılara ehtiyac var”.
Rusiya lideri çıxışında digər mövzulara da toxunub:
“Müasir təhlükələr və risklər nəzərə alınmaqla KTMT-dəki müttəfiqlərlə işləməyə xüsusi diqqət yetirilməlidir. KTMT və ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyətin daim gücləndirilməsi vacibdir.
Ukraynadakı böhran həll olunmaqdan uzaqdır. Kiyev Minsk razılaşmalarını yerinə yetirmir, Almaniya və Fransa öz kursunu davam etdirir. Amma Normandiya formatı çərçivəsində səylər davam etdirilməlidir, alternativ yoxdur.
Avropa miqrasiya böhranından Minskə təzyiq göstərmək üçün istifadə edir. Belarus daxilində vəziyyət sakitləşsə də, problemlər hələ də qalmaqdadır”.
Bizim.Media