Paşinyanın ikibaşlı siyasəti: “Rus delimitasiyası” yoxsa “həmsədr sülhü”?

Azərbaycan-Ermənistan sərhədinin Laçın və Kəlbəcər rayonu ərazilərində yerləşən hissəsində son bir həftə ərzində artan gərginlik Rusiyanın vasitəçiliyi ilə noyabrın 16-sı axşam saatlarında sona çatıb. Lakin Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatına Azərbaycanın verdiyi qəti cavab İrəvana 44 günlük müharibədən sonra ən böyük şoku yaşatdı.

Belə ki, ermənilərin ağır artileriya və zirehli maşınlardan istifadə edərək başlatdığı hücuma eyni formada cavab verən Azərbaycan tərəfi, bir neçə mühüm strateji postları nəzarətə götürüb. 

Ordumuz tərəfindən ağır zərbə alan Ermənistan isə, gərginliyin başladığı saatdan etibarən Rusiyaya yardım üçün yalvarmağa başlamışdı. Moskvanın cavabı isə özünü çox gözlətdi. Azərbaycan ordusu Ermənistan tərəfini tam şəkildə geri oturdub, vacib strateji nöqtələrdə möhkəmləndikdən sonra Kreml ermənilərin yalvarışlarına məhəl qoydu.

Rus qulaqburması

İlk müşahidəyə görə, Rusiyanın bu “qulaqburması” Paşinyanın biraz da olsa ağlını başına gətirib. Belə ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, Paşinyan noyabrın 17-də hökumətin iclasında delimitasiya prosesinin başlanması üçün Rusiyanın şərtlərinə hazır olduğunu dilə gətirib.

Elə həmin gün, parlamentin iclasında isə, Nikol Bakıya sülh sazişi imzalamağı təklif etdiyini deyib:

“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır".
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan təcili iclas çağırdı: "Sərhəddə baş verənlər onu göstərir ki..."


N.Paşinyan vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun hazırki fəaliyyəti də sülh sazişinin imzalanmasına yönəlib.

Dava həmsədr davasıymış...

Açıqlamasından aydın şəkildə göründüyü kimi, Paşinyanın pafoslu sülh çağırışının arxasında yatan səbəb məhz Minsk Qrupunu yenidən danışıqlar masasına qaytarmaqdır. Belə ki, sərhədlrin delimitasiyası məsələsində Rusiyaya qeyd-şərtsiz tabe olan Nikol, məsələ sülh müqaviləsinə gələndə ilk sahiblərinin adını zikr etməməyi özünə sığışdıra bilmir.

Bunun əsas səbəbi isə, bayaq qeyd etdiyimiz “rus qulaqburması”nın gələcək perpektivdə təkrar işə düşməsi üçün sərhədlərin dəqiqləşdirilmədiyi mühitə ehtiyacın duyulmasıdır. Əgər delimitasiya prosesi Rusiyanın iştirakı ilə öz həllini taparsa, bu Ermənistan-Azərbaycan sərhədlərinin tam şəkildə razılaşdırılmasına və gələcək toqquşmalarda İrəvanın KTMT (Rusiya) qapısını ürəklə döyməsi üçün əlində bayrağın olmasına gətirib çıxracaq.
 

Çünki indiki situasiyada KTMT-nin susqunluğunun əsas səbəbi (bəhanəsi) məhz dəqiq qəbul olunmuş sərhədlərin mövcud olmamasıdır.


Hadisələrin gələcək seyrinə ardıcıllıqla yanaşdıqda isə, sərhədlərin delimitasiyası prosesinin sona çatmasının Azərbaycan və Ermənistan arasında həllini gözləyən problemlərdən bəzilərində İrəvanın masadanqaçma meyillərini asanlıqla davam etdirə bilmək imkanını yaratdığını görmək mümkündür. Çünki hal-hazırda Azərbaycan tərəfindən Ermənistana əsas praktiki təzyiq mexanizmi məhz sərhəd bölgələrində işə salınmaqdadır. 

Ermənistanın sərhədlərin delimitasiyasından sonra sülh müqaviləsi danışıqlarını “erməni düyünü”nə çevirməsi üçün isə, keçmiş dostlarından – Minsk qrupunun həmsədrlərindən daha uğurlu seçim ola bilməzdi. 

Görünən qədərilə onu deyə bilərik ki, Paşinyan hal-hazırda ikili oynamaqla məqsədinə nail olmağa çalışır.

Belə ki, Nikol sərhədlərin delimitasiyasında Rusiyanın, sülh danışıqlarında isə Qərbin əlinə oynamaqla taxtını möhkəmləndirmək niyyətindədir. Lakin o da sirr deyil ki, Ermənistana ən kiçik təsirlər belə, Paşinyanın taxtında güclü sarsıntılar yaratmağa yetir. Və proqnozlaşdırmaq olar ki, sələflərinin 30 ildə qoruduğu status-kvonu, post-konflikt dönəmində yeni variantda müdafiə etməyə çalışan Nikolu Köçəryan və Sarkisyandan fərqli olaraq daha ağır aqibət gözləyir. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi

Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi

Prezidentdən erməni nümayəndənin təxribatçı sualına DİPLOMATİK CAVAB - VİDEO

Prezidentdən erməni nümayəndənin təxribatçı sualına DİPLOMATİK CAVAB - VİDEO

Bininci Qarabağ müharibəsində itkin düşən İsmayıl Müslümov ANILDI - FOTO

Bininci Qarabağ müharibəsində itkin düşən İsmayıl Müslümov ANILDI - FOTO

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər - FOTO

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər - FOTO

Qurban Qurbanov “İmişli” klubuna ETİRAZ ETDİ

Qurban Qurbanov “İmişli” klubuna ETİRAZ ETDİ

Bu gün işdən azad olunan generaldan AÇIQLAMA

Bu gün işdən azad olunan generaldan AÇIQLAMA

İlham Əliyev və Zelenskinin müzakirə etdiyi məsələlər AÇIQLANDI - FOTO

İlham Əliyev və Zelenskinin müzakirə etdiyi məsələlər AÇIQLANDI - FOTO

"Sülh körpüsü" konfransının yekunlarına dair BƏYANAT

"Sülh körpüsü" konfransının yekunlarına dair BƏYANAT

Zelenski dövlətimizin başçısına TƏŞƏKKÜR ETDİ

Zelenski dövlətimizin başçısına TƏŞƏKKÜR ETDİ

Naxçıvanda dəm qazı faciəsində ölənlərin sayı ARTDI

Naxçıvanda dəm qazı faciəsində ölənlərin sayı ARTDI

Prezident: “Ukraynadakı səfirliyimizə hücum Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən haldır”

Prezident: “Ukraynadakı səfirliyimizə hücum Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən haldır”

"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı

"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı

“Naxçıvanla birlikdə TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər” - Marta Kos

“Naxçıvanla birlikdə TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər” - Marta Kos

Prezident: “TRIPP Tramp administrasiyası üçün vacib olacaq”

Prezident: “TRIPP Tramp administrasiyası üçün vacib olacaq”

End of content

No more pages to load

RADİO