“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindəki hərbçiləri 24 saat fasiləsiz Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz hərəkətini təmin edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözlər Rusiyanın Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyəti barədə açıqlamasında yer alıb.
“Həmçinin rus sülhməramlılar sənədlərin və nəqliyyat vasitələrinin yoxlanılması ilə giriş-çıxışa nəzarət edirlər”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media