Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları - Ceyhun Bayramov və Ararat Mirzoyanla görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Görüşlər "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının Brüssel toplantısı çərçivəsində baş tutub.
Müzakirələr zamanı bölgədəki vəziyyət nəzərdən keçirilib.
D.Zalkaliani regionda sabitlik və sülhün gücləndirilməsinin və iki ölkə arasında gərginliyin deeskalasiyasının əhəmiyyətini vurğulayıb.
Bizim.Media