Musa Quliyev: “Dərman möhtəkirliyinin qarşısı alınmalıdır”

Sərt karantin rejimi qaçılmaz idi. Bu fikirləri Bizim.Media-ya müsahibəsində tibb elmləri namizədi, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi. Komitə sədri COVİD-19 bəlası ilə bağlı mübarizədə bəzi həsas məqamlara da toxundu.

-Musa müəllim, bu gün Azərbaycanda koronovirusun miqyası və hazırkı durum barədə fikirlərinizi bilmək istəyirik.

- Təəssüf ki, payız-qış mövsümünun gəlməsi və havaların soyuması ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən də, ölkəmizdə koronavirusun yeni dalğası sürətlə yayılmaqdadır. Yoluxanların gündəlik sayı 4 mindən yuxarıdır, başqa sözlə, hər 5 nəfər testdən keçən şəxsin birində pozitiv nəticə aşkar olunur. Hələ bu qədər də neqativ nəticə ilə koronavirusun klinik simptomları olan xəstələri və simptomsuz yoluxanları göz önünə gətirsək, görülən tədbirlərə rəğmən vəziyyətin nə qədər ciddi olduğunu söyləyə bilərik.

Müşahidəmiz göstərir ki, bu günlərdə əsas ağırlıq təcili yardım xidmətinin və koronavirusla mübarizə üçün ayrılmış klinikaların üzərinə düşür. Son günlər isə bu sahədə vəziyyət idarə olunmaz səviyyəyə yaxınlaşmaqdadır. 

Belə bir vəziyyətdə hesab edirəm ki, səhiyyə xidməti bir mərkəzdən idarə olunmalı, yaxud Səhiyyə Nazirliyi, Tibbi Sığorta Agentliyi və TƏBİB - in fəaliyyəti Nazirlər Kabineti səviyyəsində dəqiq koordinasiya olunmalıdır. Stasionar müalicəyə ehtiyacı olanlar və evdə müalicəyə cəlb olunanlar ciddi çeşidlənməlidir.

Bu gün artıq xəstəxanalarda yer yoxdur, elə xəstələr var ki, onların həyatı zamanında göstəriləcək tibbi yardımdan asılıdır. Evdə müalicə üçün nəzərdə tutulan dərmanların çeşidi artırılmalı, antiviral dərmanlar bu siyahıya əlavə olunmalıdır. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondundan lazımi vəsait ayırmaq olar. Dərman dəstlərinin xəstələrə çatdırılması üçün hər rayonda könüllülərdən ibarət qruplar yaradıla bilər.

-Sizcə koronavirusdan qorunmaq üçün tibbi maska, əlcək, spirt yetərlidir? Daha nələrə ehtiyac var və daha çox nəyə riayət olunmalıdır?

-Tək maska, spirtlə qorunmaq mümkün deyil. Ona görə də dekabrın 14-dən tətbiq edilən sərt karantin rejimi qaçılmaz idi. 2-3 həftədir bu sözüdeyirəm, yenə də təkrar edirəm ki, insanlar arası ünsiyyəti azaltmalıyıq. Nə qədər təmas var, o qədər yoluxma olacaq. Eyni zamanda, koronavirus testlərinin də həm çeşidini artırmaq, həm də dövlət qiymətinə özəl klinikalara vermək lazımdır ki, insanlarımız çox xərc və əziyyət çəkmədən sağlamlıq vəziyyətləri barədə məlumat ala bilsinlər.

Yuxarıda qeyd etdiyim kimi, antiviral dərmanların ölkəyə gətirilməsi stimullaşdırlmalı, hər bir topdansatış dərman şirkətinin imkan və əlaqələrindən istifadə olunmalı və apteklərdə satışına icazə verilməlidir. Həm də dərman möhtəkirliyinin qarşısı alınmalıdır. Dərmanların qiyməti aşağı düşsə, imkanı olanlar evdə müalicəsi üçün dərmanlarını özü alar, dövlət isə imkansız şəxslərin evdə müalicəsinə diqqəti artırmaq imkanı qazanar. Başqa bir təklifim özəl klinikaların COVİD- li xəstələrin müalicəsinə cəlb olunması ilə bağlıdır.

Mübarizə prosesinə daha çox qurumlar, o cümlədən, vətəndaş cəmiyyəti və özəl sektor da yaxından cəlb olunmalıdır. Hazırda bir nəfər koronaviruslu xəstənin stasionar müalicəsi ağırlıq vəziyyətindən asılı olaraq gündəlik 100-150 manata başa gəlir. Həmin məbləği özəl klinikalara da köçürməklə və əlavə ödənişi xəstələrin hesabına həyata keçirməklə özəl xəstəxananarı COVİD-lə mübarizəyə cəlb etmək həm faydalı olar, həm də stasionardakı yataq yerləri ilə bağlı gərginliyi xeyli yumşaltmaq mümkündür.

Operativ Qərargah mətbuatla daha sıx və açıq işləməli vətəndaşlara vəziyyət barədə gündəlik müfəssəl məlumat verməli, nöqsanların vaxtında aşkar edilib aradan qaldırılması üçün təşəbbüsləri artırmalıdır.

-Vakisnləşmə ilə bağlı nə düşünürsünüz?

-Vaksin nə qədər tez olsa, bir o qədər yaxşı olar. Amma bu bizim iradəmizdən asılı olan məsələ deyil. Hələ ki, vaksinin bütün dünyada geniş tətbiq edilməsi mümkün deyil. Bir neçə ölkənin vaksin icad etməsi ilə bağlı məlumatlar var. Amma Ümumdünya SəhiyyəTəşkilatı bu ölkələrdən hansına üstünlük və icazə verəcək, bunu bilmirik. Hər halda vaksin ilk anda alınıb Azərbaycana gətiriləcək. Vaksini gələnə qədər isə bütün lazımi tədbirləri özümüz görməliyik. 

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

End of content

No more pages to load

RADİO