ABŞ Azərbaycan və Ermənistan arasında silahlı atışmaların yenidən başlanılmasından narahatdır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
“Azərbaycan və Ermənistan arasında aktiv hərbi əməliyyatlarla bağlı həyəcanverici məlumatlarla tanış olduq. Bütün tərəfləri dərhal atəşi dayandırmağa və Qarabağla bağlı həll edilməmiş məsələlər barədə Minsk Qrupunun həmsədrliyi ilə danışıqlara qayıtmağa çağırırıq”, - deyə bildirilib.
Qeyd edək ki, Ermənistan növbəti dəfə sərhəddə genişmiqyaslı təxribatlara cəhd etsə də düşmənin qarşısı zamanında çevik tədbirlər nəticəsində alınıb.
Bizim.Media