Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğanın səfəri iki gün davam edəcək. Türkiyə lideri 10 dekabr tarixində Bakıda keçiriləcək Zəfər paradında iştirak edəcək. O, Azərbaycana xanımı Əminə Ərdoğanla birlikdə gələcək.
Qeyd edək ki, bundan əvvəl Ərdoğanın dekabrın 8-də Bakıya səfəri gözlənilirdi.
Bizm.Media