REAL - Respublikaçı Alternativ Partiyasının üzvü Cavid Qəmbərov yazdığı şərhə görə, partiyadan xaric edilib.
Bizim.Media xəbər veri ki, bu barədə partiyanın rəsmi “Facebook” səhifəsində məlumat verilib.
"Bugün Siyasi Komitənin qərarı ilə üzvlərimizdən biri partiya sıralarından xaric edildi. Ordumuzun müharibədəki qəhrəmanlığına kiminsə qeyri-insani davranışına haqq qazandırmaqla kölgə salan istənilən üzv xəbərdarlıq edilmədən partiyadan çıxarılacaq",-deyə Siyasi Komitənin qərarında vurğulanır.
Bizim.Media
