Ceyhun Bayramov İtaliya Deputatlar Palatasının sədr müavini ilə görüşüb - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-spikeri Ettore Rosatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan və İtaliya arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov 19-21 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırlatdı.

Nazir səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini, bununla siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək yolu ilə qarşılıqlı istəklərini ortaya qoyduqlarını bildirdi.

C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsizliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyini minnətdarlıqla vurğuladı.

Vitse-spiker Ettore Rosato qəbula görə təşəkkürünü bildirərək, Azərbaycana xüsusi rəğbət bəslədiyini, belə ki, COVID-19 pandemiyasına baxmayaraq, böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini, səfər çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış Ağdam şəhərini, habelə Ermənistan hərbi qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncəni ziyarət etdiklərini söylədi.

Azərbaycanın mövqeyinin ədalətli olduğunu vurğulayan vitse-spiker, İtaliyanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi qeyd etdi. Eyni zamanda, cənab E.Rosato İtaliya hökumətinin hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.

Görüş zamanı İtaliya və Azərbaycan Parlamentlərinin xarici əlaqələr komitələri və dostluq qrupları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

End of content

No more pages to load

RADİO