Türkiyənin Vitse-prezidenti Fuat Oktay Fransanın Qarabağla bağlı verdiyi qanun layihəsinə münasibət bildirib.
Bizim.Media Türkiyə mətbuatına istinadla bildirir ki, F.Oktay Fransanın bu yanaşmasını şiddətlə qınadığını və Qarabağın Azərbaycan ərazisi olduğunu söyləyib:
“Qardaş Azərbaycanı qələbə münasibətilə təbrik edərkən, Qarabağı erməni işğalçılarına bağışlamağa çalışan Fransanı qətiyyətlə qınayıram”.
Bizim.Media