Azərbaycan və Ermənistan tərəfi Qarabağ nizamlanması ilə bağlı görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bildirib.
"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın vaxtlarda bölgəyə səfərini, habelə vasitəçilərlə xarici işlər nazirləri arasında məsləhətləşmələrin başlanmasını gözləyirik. Gələcəkdə yeni danışıqlar prosesinin başlaması üçün zəmin yaradılacaq ",- Ayvazyan əlavə edib.
Nazirin sözlərinə görə, İrəvan və Bakı arasında hərtərəfli danışıqlar Qarabağ münaqişə zonasında vəziyyətin sabitləşməsindən sonra başlayacaq.
Bizim.Media