Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danıışığı olub.
Bizim.Media-nın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, tərəflər Qarabağda vəziyyəti müzakirə edərək ATƏT-in Minsk Qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını ifadə ediblər.
Danışıqlar zamanı sülhməramlıların fəaliyyətinə də toxunulub.
Məlumatda bildirilib ki, Vladimir Putin Bakı və İrəvanın istəyi ilə təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə məlumat verib.
Bizim.Media