Tezliklə "Turan Ordusu" yarana bilər - EKSKLÜZİV

Şimal Alyansı, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsir arealını məhdudlaşdıra biləcək türklərin hərbi ittifaqı yarana bilərmi? Bu sualın cavabı II Qarabağ Savaşından sonar bir qədər də aktuallaşdı.

Bizim.Media-nın suallarını cavablandırarkən Türkiyəli general Yücel Karauz da bildirdi ki, bu proses qaçılmazdır. Geci-tezi belə bir hərbi birlik yaradılacaq:

"Turan Ordusu yaxın gələcəkdə yaranması vacib olan bir birlikdir. Bunun reallaşdırılması əvvəlcə çətin görünür, amma Türkiyə-Azərbaycan birliyi fonunda digər qardaş ölkələrə də yayıla bilər. Mən hətta inanıram ki, başda Gürcüstan olmaqla digər türkdilli olmayan ölkər də "Turan Ordusu"na qatılacaq. Ötən illərdə bu orduya bənzər bir toplantı olub, bu bir başlanığıc idi"

General vurğuladı ki, indi təşkilat kimi mövcud olmasa da, Türkdilli ölkələr, Türksoy, Türk adı altında fəaliyyət göstərən bütün siyasi, iqtisadi, sosial və mədəni təşkilatlar gələcəkdə əsgər, hərbi birliyin də yaradılması üçün müəyyən əməkdaşlığa başlayacaqlar. Əvvəlcə mürəkkəb görünsə də, yekunda hər kəs hərbi birliyin, birgə ordunun əhəmiyyətini anlayacaq.

Yerli və əcnəbi ekspertlərin fikrincə Turan ordusunun yaranması, KTMT-də yanlız 3 üzv - Rusiya, Ermənistan və Belarusu saxlaya bilər. Türkdilli dövlətlərlə yanaşı, yaradılacaq ittifaqa Gürcüstan, Pakistan və Macarıstanın daxilolma ehtimalı real görünür. Rusiya ilə problemlərini nəzərə alsaq, Turan ordusuna Ukrayna da qatılar.

Bu tip güclü hərbi ittifaqın yarana bilmə həqiqəti NATO-nu narahat edə bilər, çünki Turan Ordusu ilə Şimal Alyansının da diktə və nəzarət zonası məhdudlaşmış olur.

Xatırladaq ki, NATO 1949-cu ildə yaradılıb və təşkilata üzv ölkələr üçün yarana biləcək istənilən təhlükəyə qarşı müdafiə həyata keçirir. 30 üzvü var. Digər tərəfdən müxtəlif konfliktlərin hərbi həllində də iştirak etdiklərinə görə, Yer kürəsinin hər bir dövləti NATO ilə hesablaşır.

KTMT(ODKB) 1992-ci ildə yaradılan təşkilata Rusiya və Ermənistan da daxil 6 MDB ölkəsi üzvlük edir. Daha sonra üzv siyahısı 9-a qalxmışdı. Qeyd edək ki, 1994-cü ildə Azərbaycan da bu müqaviləni imzalamışdı. Sadəcə, 5 ildən sonra sazişin müddətinin uzadılmasına razılıq vermədik. Hazırda təşkilata bu dövlətlər daxildir:Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Qazaxıstan.

KTMT dövlətləri arasında sıx hərbi əməkdaşlıq və birgə sərhəd mühafizəsi məsələləri var. Məhz bu səbəbdən son savaşda Ermənistan Azərbaycanı təhrik etməyə çalışırdı ki, rəsmi Bakı Qarabağa aid olmayan ərazilərə hücum əmri versin. Yəni I Qarabağ savaşındakı kimi rusların "sərhədsiz" yardımını istəyirdilər.

Lakin dövlətimiz primitiv erməni hiyləsinə getmədi, hərçənd hücum haqqımız vardı. Təsəvvür edin, əgər Qarabağda geri aldığımız mövqelər Qafandan, Gorusdan atəşə tutulursa, yaxud Mingəçevir SES, iri şəhərlərimiz Ermənistan ərazisindən hədəfə alınırsa, düşmən cavab atəşi ilə susdurula bilər. Onsuz da dövlətimiz son savaşdan sonra, dost-düşmənini bir daha dəqiqləşdirdi.

Lakin Türkiyə, İsrail, Pakistan kimi dostların olmadığı situasiyanı düşünsək, müəyyən hərbi ittifaq aktuallaşır. NATO heç, KTMT-yə üzv olsaq, problemin həlli səlahiyətini böyük üstünlüklə Kremlə vermiş oluruq. Nəzərə alsaq ki, Ermənistan da həmin təşkilatın üzvüdür, bu birlikdən Azərbycanın fydalana biləcəyi bir şey yoxdur. 

Ona görə də Turan Ordusu ideyası günün aktual mövzusu olaraq qalır və hazırda regionda gedən siyasi proseslər belə bir biliyin yaranmasını qaçılmaz edir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

End of content

No more pages to load

RADİO