Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayı keçirilib.
Qurultayı idarə edənlər Bəhrəm İsmayılov, Gülşən Hacıyeva və Elşad Abdullayev olub.
Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayında partiyanın Nizamnaməsi qəbul edilib və rəhbər seçilib. Səsvermədə AYP-nin ilk rəhbəri Anar Əsədli olub.
Eyni zamanda onlayn təsis qurultayında 27 nəfərdən ibarət Baş Məclis, 7 nəfərdən ibarət Nəzarət Təftiş Komitəsi müəyyənləşib.
Bizim.Media
