Prezident Şamaxıda “Azərişığ”ın İdarəetmə Mərkəzini işə saldı - FOTO

Bu gün Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə "Azərişıq" ASC tərəfindən genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub.

Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

Qeyd edilib ki, "Meysəri" yarımstansiyasını qidalandırmaq üçün 110/35/10 kV-luq "Şamaxı" yarımstansiyasından 9,4 kilometr məsafədə 35 kV-luq ikidövrəli hava-kabel xətti, eyni zamanda, "Meysəri" yarımstansiyası ilə 35/10 kV-luq “Çuxuryurd-1” yarımstansiyası arasında 9 kilometr məsafədə 35 kV-luq hava xətti çəkilərək yarımstansiya dairəvi elektrik təchizatı sxeminə daxil edilib.

Yarımstansiyada 35 və 10 kV-luq müasir qapalı paylayıcı qurğular və digər zəruri zəruri avadanlıq quraşdırılıb. Perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri əlaqələndiriləcək.

Diqqətə çatdırılıb ki, şəbəkələrin müasir idarəedilməsinin həyata keçirilməsi üçün "Meysəri" yarımstansiyasında "Azərişıq" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi yaradılıb. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub. Regional SCADA idarəetmə sistemi həm mərkəzdən, həm də sərbəst idarəetmə imkanlarına malikdir. Bu sistem regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
 

Yarımstansiyada bütün avadanlıqlar yeniləri ilə əvəz olunub. Bu sistem imkan verir ki, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyalar və operativ məlumatlar həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürülsün.


Gələcəkdə şimal-qərb regionundakı bütün yarımstansiyaların optik kabellə SCADA vasitəsilə buraya qoşulması təmin ediləcək. 

Bu yarımstansiyanın müsbət və fərqli cəhətlərindən biri odur ki, ilkin olaraq burada gərginliyin avtomatik tənzimlənməsi həyata keçirilir. Görülən işlər nəticəsində enerjinin etibarlılığı, stabilliyi və dayanıqlılığı tam təmin olunur. Eyni zamanda, “Çuxuryurd-2” yarımstansiyası da bu ərazidə yerləşən strateji obyektlərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir.

Dövlət başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaxarova: “Tokio Putinə hansı bölgələrə səfər edəcəyinə göstəriş verə bilməz” – FOTO

Zaxarova: “Tokio Putinə hansı bölgələrə səfər edəcəyinə göstəriş verə bilməz” – FOTO

Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər

Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər

BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Maşın alarkən sizi belə aldadırlar – Alıcıların çoxu bu detalı görmür

Maşın alarkən sizi belə aldadırlar – Alıcıların çoxu bu detalı görmür

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

"WhatsApp"da yeni kiberdələduzluq metodu ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

"WhatsApp"da yeni kiberdələduzluq metodu ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı FƏRMAN

Azərbaycanla Belarus arasında Anlaşma Memorandumu TƏSDİQLƏNDİ

Azərbaycanla Belarus arasında Anlaşma Memorandumu TƏSDİQLƏNDİ

Bakı metrosunda DƏYİŞİKLİK - FOTO

Bakı metrosunda DƏYİŞİKLİK - FOTO

Hesablama Palatasına yeni səlahiyyətlər VERİLDİ

Hesablama Palatasına yeni səlahiyyətlər VERİLDİ

“Dövlət auditi” informasiya sistemi yaradıldı – FƏRMAN

“Dövlət auditi” informasiya sistemi yaradıldı – FƏRMAN

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı -TAM SİYAHI

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı -TAM SİYAHI

Bryanska RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Bryanska RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

End of content

No more pages to load

RADİO