Casus “ilahiyyatçılar” QALMAQALI – Mətbuatımızda təhlükəli tendensiya - VİDEO

Son günlər Azərbaycan təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində təhlükəsizliyimizə və milli maraqlarımıza zidd fəaliyyətlər icra edən bəzi şəxslər barəsində lazımi tədbirlər görülür.

Din “qardaşımız” hesab olunan İranın maraqlarını daha üstün tutan və illərdir ki, bu əməllərindən geri durmayan qruplar bir-birinin ardınca zərərsizləşdirilir.

Bu vaxtadək “ilahiyyatçı”, “ruhani”, “din xadimi” və “hacı” kimi adlar arxasında gizlənən bu şəxslərin həqiqi simaları və maraqları bir daha aydın olur. 
 

Azərbaycanın birliyini pozmağa çalışan hər kəs öz əməllərinin “meyvəsini” topladığı bu günlərdə ən böyük iş heç şübhəsiz ki milli mətbuatımızın çiyinlərinə düşür.


Lakin təəssüflər olsun ki, bəzən gözümüzü örtən mərhəmət hissi, bəlkə də hadisələrin məzmunundan bixəbər olmaq görülən işlərin əhəmiyyətini anlamağımıza əngəl olur. 

Özlərini mətbuatımızın avanqardı hesab edən bir sıra xəbər saytları İran funksioneri olduqlarını gizlətməyən və İranın ölkəmizdəki agentur şəbəkəsində yer alan şəxsləri hələ də “ilahiyyatçı”, “din xadimi” adı altında təqdim etməkdə israr edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL


Adları dövlət təhlükəsizliyinə və vətənə xəyanətdə hallanan bu cür şəxslərin hələ də “din xadimi”, “şiə ilahiyyatçı” kimi tədim olunmaları olduqca təəccüblüdür. Bunun məqsədli şəkildəmi, yoxsa zəif siyasi təhlil qabiliyyətindənmi irəli gəldiyini demək çətindir. Lakin bu cür yanaşmaların Azərbaycan üçün ciddi təsir yükünə malik proseslərin işıqlandırılmasında olduqca təhlükəli olduğunu demək mümkündür.
 

İstintaqa cəlb olunan şəxslərin “ilahiyyatçı”, “din xadimi” kimi təqdim olunması, bu şəxslərin etdikləri əməllər əvəzinə, süni kimliklərinin tirajlanması cəmiyyəti fərqli şəkildə yönləndirməyə xidmət edir. 


Bu cür xəbərlər və başlıqlar sanki Azərbaycanda din xadimlərinin və ilahiyyatçıların hədəf alındığını göstərmək və baş verənlərə siyasi don geyindirmək səciyyəsi daşıyır. 

Çünki yalnız bu halda baş verənləri daha fərqli şəkildə təqdim etmək və hadisələrin həqiqi məzmunu olan “casusluq fəaliyyətini” pərdələmək mümkündür. Belə bir zamanda bu fəaliyyətlərin kimə və ya kimlərə xidmət etdiyini başa düşmək isə o qədər çətin olmasın gərək.

Azərbaycan daxilində təxribatlar hazırlayan, xarici ölkənin maraqlarına xidmət edən və açıq aşkar anti-Azərbaycan təbliğatının alətinə çevrilənlərin yalnız bir adı var. Heç bir həqiqi din xadimi və ilahiyyatçı öz saf və pak inancını bu cür işlərə alət edərək içərisində yaşadığı vətənin maraqlarını satmır. 

Xarici ölkələrə casusluq edən, insanları İslama yönəltmək işini kənara ataraq anti-təbliğat kampaniyasına qoşulan din xadimi və ilahiyyatçı olmur.

Bu cür şəxsləri “ilahiyyatçı” adlandırmaq ən azından öz inancında saf və təmiz olan şəxsləri təhqir etmək, öz inancını yaşayan şəxsləri də hədəfə çevirmək deməkdir. 
 

Mətbuatımız bilərəkdən və ya bilməyərəkdən ilahiyyatçı və din xadimi adlarını casusluqla yanaşı çəkməklə cəmiyyətin daxili dinamizmini də hədəfə çevirmiş olur.


Bu isə gələcəkdə xarici maraq qruplarının Azərbaycanın milli maraqlarına qarşı yeni təxribatları üçün zəmin hazırlamaq deməkdir. 

Ümid edirik ki, bəzi xəbər saytlarımız bu səmimi tənqidimizi böyük bir ailəcənablıqla qarşılayacaq, dövlət təhlükəsizliyimiz və milli maraqlarımızla bağlı məsələlərdə daha diqqətli olacaqlar. Bəlkə də bu baş verənlərin bir qədər daha dərin analizi oldu, lakin gəlin unutmayaq, informasiya müharibəsi dünən olduğu kimi, bu gün də davam edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Tramp: İranla telefon vasitəsilə danışırıq

Tramp: İranla telefon vasitəsilə danışırıq

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

End of content

No more pages to load

RADİO