Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident".

Böyük Qələbə münasibətilə Sizi ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın işğal edilmiş 20 faiz ərazisi 30 ildən sonra azad edildi. Bu, Azərbaycanın ən yeni tarixində çox əlamətdar hadisə oldu. Bu hadisə Azərbaycan xalqının öz torpağında yaşamaq və işləmək niyyətini göstərdi. Ölkənizdə yüzdən çox millətin, o cümlədən yəhudi xalqının nümayəndələri - dağ, gürcü, rus yəhudiləri böyük bir ailə kimi yaşayır.

Bu Böyük Qələbə Sizin yorulmaz əməyiniz sayəsində uzun illər ərzində formalaşmış mükəmməl xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, həmçinin Azərbaycanın bütün əhalisinin birlik və bərabərliyinin nəticəsidir.

Hörmətli cənab Prezident, yorulmaz fəaliyyətiniz, böyük qətiyyətiniz ilə Siz nəinki müqəddəs torpaqlarınızın düşmən işğalından azad olunmasını təmin etmisiniz, həmçinin atanız, Azərbaycanın böyük oğlu Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş prinsiplərə sədaqəti sübuta yetirərək dünyada həqiqəti və ədaləti bərpa etmisiniz.

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 1999-cu ildə Nyu-Yorkda yaradılmış və Şimali Amerikada yüzdən çox təşkilat və dini icmanı birləşdirən çoxprofilli təşkilatdır.

Uzun illərdir ki, biz ölkənizin Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edərək Azərbaycan ilə ABŞ arasında xalq diplomatiyasının inkişafında iştirak edirik. Xüsusilə 2012-ci ildə Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın Nyu-Yorkda qastrolları olub. 2020-ci ildə bizim icma, Konqresimizin idarə heyətinin üzvləri Azərbaycanın parlament seçkilərində müstəqil ekspertləri kimi iştirak ediblər, Buxara yəhudiləri bir müddət Bakıda yaşayıb, onların bəziləri hətta yəhudi qəbiristanlığında dəfn olunublar.

Bizim xalqımız Azərbaycanın musiqi mədəniyyətinə, o cümlədən bəstəkar Üzeyir Hacıbəylinin, xanəndə Xan Şuşinskinin yaradıcılığına böyük sevgi ilə yanaşır. Kinodramaturq Rüstəm İbrahimbəyovun, rəssam Abbas Kazımovun, bəstəkar Qara Qarayevin, müğənni Rəşid Behbudovun əsərləri bizim üçün böyük dəyərdir.

2016-cı ildə Nyu-Yorkda “İntibah” buxara-yəhudi teatrının səyləri ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası səhnəyə qoyulub. Bizim şairimiz İlyas Mallayev təkcə tarçı-virtuoz deyil, o, həmçinin Füzuli dilində şerlər yazıb. Müğənnilərimiz - Özbəkistanın Xalq artisti Məhəbbət Şamayeva, Tamara Katayeva ABŞ-da, Avstriyada, İsraildə və Kanadada böyük müvəffəqiyyətlə məşhur Azərbaycan mahnıları ifa edirlər.

Azərbaycanın ictimai həyatı və mədəniyyəti, həmçinin onun qəhrəman övladlarının nailiyyətləri barədə doğru məlumatlar icmamızın “The Bukharian Times” qəzetində dərc edilir.

Zati-aliləri, cənab Ali Baş Komandan bir daha Sizi, qardaş Azərbaycan xalqını, şanlı Azərbaycan Ordusunun şəxsi heyətini tarixi Qələbə münasibətilə təbrik edirəm.

Azərbaycanın qələbəsi xəbərinin ölkənin Bayraq Gününə təsadüf etməsi rəmzi məna daşıyır. Qoy, Azərbaycanın üçrəngli bayrağı bütün regionda sülhün dayağı olmuş müstəqil, güclü, qonaqpərvər və səmimi, multietnik və çoxkonfessional Azərbaycanın bütün ərazisində daim dalğalansın!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

End of content

No more pages to load

RADİO