İlham Əliyevlə Ərdoğan Füzuli hava limanının açılışında – FOTO/VİDEO

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verib. O bildirib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.
 

Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb.


Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.

Dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verilib. “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”-nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.
Daha sonra dövlət başçıları söhbət ediblər.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə.

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur.

Prezident İlham Əliyev: Bəli, çox sağ olun, təşəkkür edirəm.

***

İşğaldan azad edilən Füzuli rayonunda inşa edilən beynəlxalq hava limanının açılış mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanda səfərdə olan Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edir. 

Qeyd edək ki, Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarında tikilən ilk hava limanı olan Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək

Açılış mərasimindən canlı yayımı təqdim edirik: 

Bizim.Media


 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

End of content

No more pages to load

RADİO