Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana xanımı Əminə Ərdoğanla birlikdə gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında bildirib.
O, gələn həftənin çərşənbə günü Bakıya gələcəyini, Azərbaycanın paytaxtında mərasimlərə qatılacağını deyib.
Xatırladaq ki, dekabrın 10-da Azərbaycanda Qələbə paradı keçirilməsi gözlənilir.
Bizim.Media