“ATƏT-in Minsk Qrupunun Qarabağda görəcəyi bir iş qalmayıb” – Əli Hacızadədən ŞƏRH

ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində Azərbaycanın torpaqları 30 ilə yaxın bir zamanda erməni separatçıları tərəfindən işğal altında qaldı. Bu zaman kəsimində isə ATƏT ildə 3-4 dəfə yığışaraq ancaq sərhəddə monitorinq keçirib, vəzifəsini bitmiş hesab etdi. Bu qurumun ikili standartları isə ermənilər üçün həddən artıq əlverişli bir şərait yaratdı.

Azərbaycan isə 44 günlük Vətən müharibəsi nəticəsində ATƏT-in 30 illik görə bilmədiyi işi bu müddət ərzində bitirdi. Hazırda ermənilər yenidən sərhəddə təxribatlar törədib Qarabağın status məsələsini gündəmə gətirib ATƏT-in Minsk qrupunun fəalyyətini yenidən gündəmə gətirməyə cəhd edirlər.

Bəs, görəsən bu təxribatların altında hansı qaranlıq məqamlar var?

Bu gün bu işdə təkcə ermənilər deyil, onların havadarları da bütün vəchlə mübarizə aparırlar.

Lakin...

Politoloq Əli Hacızadənin fikrincə, ATƏT-in Minsk qrupu 1992 – ci ildə yaradılmasına baxmayaraq, onun  fəaliyyəti əsasən münaqişəni dondurmaq, status kvonu möhkəmləndirmək və son nəticədə Azərbaycanın əl ayağına dolaşmaqdan ibarət olub. 

O, bu barədə Bizim.Media-ya açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan “böyük siyasətə” talan üçün qayıdır - Politoloq


“İkinci Qarabağ savaşından sonra regionda yeni vəziyyət yaranıb. Bəli, Minsk qrupu üzvləri və Ermənistan yeni vəziyyətdə köhnə oyunu oynamaq istəyir, lakin Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, regionda yaranmış vəziyyəti hər kəs qəbul etməlidir. Azərbaycanın mövqeyi bundan ibarətdir”.

Siyasi ekspert bildirib ki, regionda həll olunmamış heç bir məsələ qalmadığı üçün müzakirə etməyə və ya danışıqlar aparmağa ehtiyac olsun.   

“Bundan əvvəl danışıqlar işğal olunmuş ərazilər və Qarabağın status ətrafında gedirdi, indi nə birincisi, nə də ikincisi məsələ yoxdur. Əgər Minsk qrupu üzvləri regionda sülhə və sabitliyə öz töhfəsini vermək istəyirsə (ki, mən buna şübhə edirəm) onda onlar Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası, mina xəritələrinin verilməsi və sülh müqaviləsinin imzalanması prosesinə dəstək verə bilərlər. Kimsə status məsələsini dirildib yenidən masaya gətirmək istəyirsə, səyləri əbəsdir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hillari Klinton: Tramp Qərbə xəyanət edib — VİDEO

Hillari Klinton: Tramp Qərbə xəyanət edib — VİDEO

Britaniya Xarici İşlər Nazirliyinin məşhur pişiyi öldü

Britaniya Xarici İşlər Nazirliyinin məşhur pişiyi öldü

Peskov Putini TƏRİFLƏDİ

Peskov Putini TƏRİFLƏDİ

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

HƏMAS bu tarixdən silahı yerə qoyacaq

HƏMAS bu tarixdən silahı yerə qoyacaq

Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

Rusiyada daha bir neft anbarına zərbə ENDİRİLDİ

Rusiyada daha bir neft anbarına zərbə ENDİRİLDİ

Bu meyvə xərçəngin dərmanıdır

Bu meyvə xərçəngin dərmanıdır

Alman mütəxəssisdən dönərlə bağlı gözlənilməz AÇIQLAMA

Alman mütəxəssisdən dönərlə bağlı gözlənilməz AÇIQLAMA

Almaniyada 3 nəfər bankı belə soydu - TƏFƏRRÜAT

Almaniyada 3 nəfər bankı belə soydu - TƏFƏRRÜAT

17 Fevral adi gün olmayacaq

17 Fevral adi gün olmayacaq

Misirdə 10 min illik sirr üzə çıxdı

Misirdə 10 min illik sirr üzə çıxdı

258 nəfər xarici dillər üzrə fəlsəfə doktoru olmaq üçün İMTAHAN VERƏCƏK

258 nəfər xarici dillər üzrə fəlsəfə doktoru olmaq üçün İMTAHAN VERƏCƏK

Bakıda bağlanan bu yol açıldı

Bakıda bağlanan bu yol açıldı

Bu gün magistraturaya qəbul imtahanıdır - 22 min 780 bakalavr...

Bu gün magistraturaya qəbul imtahanıdır - 22 min 780 bakalavr...

Ronaldo yenidən yaşıl meydanlarda

Ronaldo yenidən yaşıl meydanlarda

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

End of content

No more pages to load

RADİO