Ermənilər Gümrünün adını niyə dəyişməyiblər? – İrəvanın da qəbul etdiyi ŞOK FAKTLAR

Əvvəlcə məlumat verək ki, 1918-ci ildə Ermənistan dövləti yarananda Xoyski hökuməti onlara paytaxt kimi İrəvanı yox, Gümrünü verəcəkdi. Sadəcə olaraq Gümrü şəhəri həmin vaxt Osmanlının idarə etməsində olduğu üçün ADR İrəvanı ermənilərə verməli oldu. 

Bizim.Media xəbər verir ki, Batum müqaviləsində Azərbaycan bu güzəştə getməsəydi daşnakların Zəngəzur, Naxçıvan və Qarabağ istilalarının qarşısını almaq mümkün olmayacaqdı, Azərbaycanın qərbi ilə şərqi arasında uçurum yaranacaqdı.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR VƏ VİDEO


Yeri gəlmişkən, həmin sazişin ömrü – 99 illiyi 3 ildir ki, tamamlanıb. Yəni, Azərbaycan ermənilərə ötən əsrin əvvəllərində verdiyi 9 min kv.km (Zəngəzur Azərbaycanda olub) geri istəyə bilər. Ümumiyyətlə Azərbaycanın bütün əraziləri kimi, qərbi də strateji mühüm olduğundan müxtəlif işğallara məruz qalıb. Yoxsa 1804-cü ildə Çar Rusiyası Gümrünü işğal etməzdi. Ruslar Gümrüyə istehkam kimi yanaşır:

1. 1837-ci il Aleksandropol qalası inşa olunur. (Nikolayın arvadı I Aleksandranın şərəfinə)

2. Hazırda da Gümrüdə Rusiyanın hərbi bazası var

SSRİ qurulduqdan sonra 1924-cü ildə şəhərin adı dəyişdirilərək Leninakan qoyulub. Lakin Ermənistan müstəqillik əldə edən kimi şəhərin tarixi adını – Gümrünü bərpa ediblər. 

Nədən ermənilər Gümrünün adını dəyişmədilər?

Elə erməni mənbələri də yazır ki, şəhərin qədim adı Kumayri (Kimmer) olub. Yaşayış məntəqəsi eyniadlı tayfanın adını daşıyıb və onlar əraziyə eradan əvvəl VII-VI əsrlərdə köçüblər. Xatırladaq ki, burada söhbət e.ə. VII əsrdə Qara dəniz sahillərindən Cənubi Qafqaqaza köçən kimmer-skif-sak türk tayfalarından biri olan kimmerlərdən gedir. Yəni, ermənilər Gümrünün türk mənşəli şəhər olduğunu danmırlar. Çünki erməni qaynaqlarında da e.ə. və eramızın sonrakı dövrlərində şəhərin fars, ərəb və türklərin nəzarətində olduğu yer alıb. Sadəcə, ermənilər bu Azərbaycan şəhərini də özününküləşdirmək üçün Şuşa fəndindən instifadə ediblər:

Şuşa – “Şuşi”, Gümrü – “Gümri”

O ki qaldı ermənilərin Şörəyel mahalının Gümrü kəndinə (sonradan şəhərə çevrilir) köçünə:

⦁  1830-cu ildə Türkiyənin Ərzurumundan ermənilər Gümrüyə köçürülür

⦁  1842-ci ildə rus köçürtmələri ilə şəhərdə 10 mindən çox erməni məskunlaşdırılır.
 

Onu da qeyd edək ki, 1988-ci ildə insanları zəlzələdən qurtarmaq üçün Bakıdan həmin əraziyə uçan İl-76 təyyarəsi daşnaklar tərəfindən qəzaya uğradılır. 69 sərnişindən yalnız bir nəfər həyatda qalır (Babayev Fəxrəddin). 


Sonda qeyd edək ki, Gümrü haqqında tarixçilərdən də münasibət alacaq və unudulan arxivləri vərəqləyəcəyik. Dəyişməz olaraq qalan isə odur ki, Gümrü türk şəhəridir və ermənilər də bu reallıqda orada yaşayır.

Gümrü Ermənistanda İrəvandan sonra ikinci ən böyük şəhər hesab olunur.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hillari Klinton: Tramp Qərbə xəyanət edib — VİDEO

Hillari Klinton: Tramp Qərbə xəyanət edib — VİDEO

Britaniya Xarici İşlər Nazirliyinin məşhur pişiyi öldü

Britaniya Xarici İşlər Nazirliyinin məşhur pişiyi öldü

Peskov Putini TƏRİFLƏDİ

Peskov Putini TƏRİFLƏDİ

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

HƏMAS bu tarixdən silahı yerə qoyacaq

HƏMAS bu tarixdən silahı yerə qoyacaq

Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

Rusiyada daha bir neft anbarına zərbə ENDİRİLDİ

Rusiyada daha bir neft anbarına zərbə ENDİRİLDİ

Bu meyvə xərçəngin dərmanıdır

Bu meyvə xərçəngin dərmanıdır

Alman mütəxəssisdən dönərlə bağlı gözlənilməz AÇIQLAMA

Alman mütəxəssisdən dönərlə bağlı gözlənilməz AÇIQLAMA

Almaniyada 3 nəfər bankı belə soydu - TƏFƏRRÜAT

Almaniyada 3 nəfər bankı belə soydu - TƏFƏRRÜAT

17 Fevral adi gün olmayacaq

17 Fevral adi gün olmayacaq

Misirdə 10 min illik sirr üzə çıxdı - FOTO

Misirdə 10 min illik sirr üzə çıxdı - FOTO

258 nəfər xarici dillər üzrə fəlsəfə doktoru olmaq üçün İMTAHAN VERƏCƏK

258 nəfər xarici dillər üzrə fəlsəfə doktoru olmaq üçün İMTAHAN VERƏCƏK

Bakıda bağlanan bu yol açıldı

Bakıda bağlanan bu yol açıldı

Bu gün magistraturaya qəbul imtahanıdır - 22 min 780 bakalavr...

Bu gün magistraturaya qəbul imtahanıdır - 22 min 780 bakalavr...

Ronaldo yenidən yaşıl meydanlarda

Ronaldo yenidən yaşıl meydanlarda

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

End of content

No more pages to load

RADİO