"Keçmiş prezident Mixeil Saakaşvilinin həbsi Gürcüstan hökuməti üçün düzgün addım hesab edilmir və bunun yalnız bir adı var: fəlakət".
Bizim.Media İnterpressnews nəşrinə istinadən xəbər verir ki, bu fikirləri amerikalı diplomat və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza səsləndirib.
Keçmiş səfirin fikrincə, hökumət "Gürcü Arzusu"nun seçkilərdə qalib gəlməsindən sonra siyasi qütbləşməni və böhranı aradan qaldırmaq əvəzinə yeni bir böhran yaradır.
Bizim.Media