POLİTOLOQ: Naxçıvan dəhlizi Ermənistanı normal gələcəyə aparır

Noyabrın 10-da üçtərəfli imzalanan bəyannaməyə görə, Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, bölgə üçün də mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli belə deyib.

Naxçıvan dəhlizi bölgə dövlətləri üçün konkret hansı əhəmiyyəti kəsb edəcək sualına cavab olaraq o, bildirib ki, bütün şərtlərə əməl etdiyi təqdirdə, Ermənistan da  bu imtiyazlardan istifadə edə biləcək.

“Bu dəhliz bölgə dövlətləri, o cümlədən Ermənistan üçün də faydalı olacaq. Bunun üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkib, Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, sülh prosesinə əməl etməlidir".

"Bununla Ermənistan bölgədə həyata keçirilən layihələrdə və regionda bundan sonra baş verəcək iqtisadi proseslərdə iştirak etmək imkanını qaznacaq. İndiki şəraitdə Ermənistanın iqtisadi problemlərinin həlli üçün bu yeganə çıxış yoludur".

"Yəni Azərbaycanla tam barışıq əldə edilmədən Ermənistan üçün regionda hər hansı bir prespektiv görülmür. Bunu artıq Ermənistanın rəsmi dairələri də açıq şəkildə dilə gətirirlər”,- deyə o, qeyd edib.

Daha sonra politoloq hazırda regionda əsas prinsipin tam sülhün təminatı olduğunu, bütün işlərin bunun icrası üçün qurulduğunu bildirib.

“Bildiyiniz kimi  Azərbaycan, Rusiya prezidentləri eləcə də Ermənistanın baş naziri arasında imzalanmış bəyanatın əsas mahiyyəti bölgədə sülhün tam təmin edilməsindən ibarətdir. Bu saziş bir tərəfdən Ermənistan üçün kaputulasiya, digər tərəfdən isə yaranmış vəziyyətdən faydalanmaq imkanı yaradan bir sənəddir".

Azərbayacanın qələbəsi ilə tarixi ədalət bərpa olundu. Beynəlxalq Hüququn prinsip və normaları həyata keçirildi və qətnamələrin icrası təmin edildi. Təbii ki, münaqişəyə faktiki olaraq nöqtə qoyulub, lakin bütün hallarda proses tam yekunlanana qədər regionda Ermənistanın bu və ya digər şəkildə iqtisadi proseslərə intiqrasiyası onun davranışlarından asılı olacaq.

"Yuxarıda da qeyd etdiyim kimi, əgər Ermənistan qonşularla normal münasibət qursa, regionda onun üçün həm iqtisadi, həm də siyası baxımdan irəliləyiş, Laçın dəhlizindən istifadə və Azərbaycanda keçirilən çoxsaylı nəqliyyat, loqistik layihələrdə iştirak imkanı qazandıracaq".

"Bu da hazırda qonşu dövlətlərlə normal münasibəti olmayan Ermənistan üçün böyük həyati əhəmiyyət kəsb edir”,- deyə E.Mirzəbəyli vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

End of content

No more pages to load

RADİO