Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Türkiyə Cümhuriyyətinin başçısı Bakıda keçirilən hərbi paradda iştirak edəcək.
Qeyd edək ki, qələbə münasibətilə Bakıda hərbi parad olacaq. Paradın Azadlıq Meydanında keçirilməsi planlaşdırlır.
Paradda həmçinin Vətən Müharibəsində hərbi qənimət kimi götürülən Ermənistanın müxtəlif adda texnikasının nümayiş etdirilməsi ehtimal olunur.
Bizim.Media