Beynəlxalq Türk Akademiyasının prezidentindən İlham Əliyevə təbrik

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri möhtərəm cənab Prezident".

İcazə verin, bir daha Sizi Böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Qırx dörd gün davam edən Vətən müharibəsi Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqının və rəşadətli Azərbaycan Ordusunun nəyin bahasına olursa-olsun qalibiyyətə köklənməsi illərdir davam edən ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoydu.

Bu böyük zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu.

Müharibənin ilk günlərindən etibarən Beynəlxalq Türk Akademiyası açıq mövqeyini ortaya qoydu, ədalətli müharibədə qardaş Azərbaycanın yanında olduğunu və mülki yaşayış məntəqələrinə Ermənistanın xain raket hücumunu kəskin pislədiyini bəyan etdi.

Bununla yanaşı, Akademiya əyani dəstəyini göstərməyə çalışaraq, xeyli müddətdir üzərində işlədiyi “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-fotoalbomunu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin dəstəyi ilə qazax dilində çap etdi.

Azərbaycanın uzun illər işğal altında qalan ərazilərindəki tarixi abidələri, bu bölgənin mədəniyyəti, şəxsiyyətləri, təbiəti, eyni zamanda, işğala dair faktlar, sənədlərin toplandığı nəfis tərtibatlı kitab-albom bir beynəlxalq təşkilat tərəfindən hazırlanan ilk belə nəşr oldu.

Beynəlxalq Türk Akademiyası bu il UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirməyi planlaşdırdığı, lakin pandemiya səbəbindən təxirə saldığı tədbirləri - Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illik yubileylərini onların dünyaya göz açdıqları şəhərdə - doğma Şuşada 2021-ci ilin uyğun tarixlərində böyük beynəlxalq tədbirlə qeyd etməyi qərara almışdır.

Planlaşdırılan tədbirlərin işğaldan azad edilən, türk dünyası üçün böyük mənəvi dəyərə sahib olan Şuşa şəhərində reallaşdırılmasını istərdik.

"Möhtərəm cənab Prezident, bir daha Sizi, qardaş Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik edir, Zati-alinizə dərin ehtiramımı çatdırıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

End of content

No more pages to load

RADİO