“Ermənilər Hadrutu özləri üçün doğma torpaq saymırdılar” – İlham Əliyev

“Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var”.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirib.

“Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü - FOTO


Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb.

Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir.

Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

Bu insanlar üçün sabah hava necə olacaq?

Bu insanlar üçün sabah hava necə olacaq?

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

İranda bir neçə idmançı saxlanıldı

İranda bir neçə idmançı saxlanıldı

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

“Sabah” NTD-yə qalib gəlib

“Sabah” NTD-yə qalib gəlib

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Magistraturaya qəbul imtahanı keçirildi

Magistraturaya qəbul imtahanı keçirildi

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

Moskvaya doğru DRONLAR uçur

Moskvaya doğru DRONLAR uçur

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO