"Sonumuz ya Şimali Koreya, ya da Yuqoslaviya olacaq" – İran vətəndaşları QORXU İÇİNDƏ 

İranın regiondakı son davranışları beynəlxalq aləmdə kifayət qədər narahatçılıq yaratmaqla bərabər bu ölkəyə qarşı onsuz da kövrək olan ınamı bir az da sarsıdıb. Hazırda İran yaratdığı problemləri həll etmək üçün hansı addımları atacaq deyə, sual və mülahizələr irəli sürülür.

Bizim.Media xəbər verir ki, İranın bu cür davranışlarından daha çox öz vətəndaşları əndişləidirlər.
 

MÖVZU İLƏ BAĞLI:

İranlı qadınlara yeni QADAĞA – Pizza və sendviç yemək olmaz


BBC telekanalının hazırladığı reportajda da onlar İranın atdığı son addımnların yaxşı nəticə verməyəcəyini deyirlər.  

Onlardan bəziləri düşünür ki, problemlərin kökü Qarabağ savaşına söykənir. İranın Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Ğəimi hesab edir ki, İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəb oldu:

"Üstəlik, İranın sərhədinə yaxınlaşmasını Tehran ciddi bir təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən rahatsızdır. Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz".

Təbriz sakini Elnaz Bərği kimi insanlar düşünür ki, İran nə etdiyini bilmir. Çünki bilsəydi, Azərbaycana toxunmazdı:

"İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur?"

Mərənd şəhərindən olan Həmid Nəbidost isə Azərbaycana İsrailin yox, İranınn qalacağını sanır. O bildirib ki, Ermənistanla İranın quru yollarını kəsməyə Azərbaycanın haqqı yoxdur. 

Həmədandan olan İran azərbaycanlısı Əlirza Bahari hesab edir ki, Tehranı narahat edən yerli Azərbaycan əhalisidir. Yəni, erməni ilə yəhudilər sadəcə bəhanədir:

"Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran gurultu edər, amma savaşa girə bilməz".

Tehrandan olan Şadmehr Misaği İranın qonşuluğu bilmədiyini, sünni dünyası ilə əlaqələrinin pis olduğunu açıqlayıb:

"Qonşuluq əvəzinə silahlılar yaratmağa çalışır, bu da bölgədə problem və gərginliyə səbəb olur. İran Yəməndə husiləri yaratdığı kimi çalışdı Azərbaycanda da "Hüseyniyun milisi" yaratsın, amma Azərbaycan dövləti bunu bildi və əngəllədi".

Təbrizdən Yaşar Xaqani:

"Mən hələm başa düşməmişəm, İran nə istəyir? Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma müsəlman, müsəlman deyib niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm də Yaxın Şərq xalqı bunların əlindən zara gəlib".

Tehrandan Kaveh Niktan hesab edir ki, İran dövləti iç problemini gizlətmək üçün başqa problemləri ortaya çıxarır və İranın yaxşı qonşularını incidir.

Şiraz şəhərindən olan Mərcan Mərvdəşti də oxşar mövqedədir:

"İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan, İranın haqlı olduğunu demirəm. Mən bilirəm ki, İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdırlar və İran dövləti də bunu bilir, ancaq niyə belə edirlər, bilmirəm. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq və ya Yuqoslaviya". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

Bu insanlar üçün sabah hava necə olacaq?

Bu insanlar üçün sabah hava necə olacaq?

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

İranda bir neçə idmançı saxlanıldı

İranda bir neçə idmançı saxlanıldı

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

“Sabah” NTD-yə qalib gəlib

“Sabah” NTD-yə qalib gəlib

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Magistraturaya qəbul imtahanı keçirildi

Magistraturaya qəbul imtahanı keçirildi

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

Moskvaya doğru DRONLAR uçur

Moskvaya doğru DRONLAR uçur

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO