Vətən Müharibəsinin 12-ci günü nələr baş verdi? – XRONİKA

2020-ci ilin 8 oktyabrında döyüşlər intensiv şəkildə davam edirdi. Üstünlük qeyri şərtsiz olaraq Azərbaycan ordusunda idi. Getdikcə ordumuzun hücum ərazisi genişlənir, düşmənin müdafiəsi zəifləyirdi. 

Bizim.Media xəbər verir ki, düşmən ordusu mülki texnika və mülki vətəndaşları döyüşə cəlb edir, digər tərəfdən isə Azərbaycanın dinc yaşayış zonalarına raket zərbələri endirməkdə davam edirdi. 

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 1 mülki şəxs həlak oldu, 1 mənzil dağıldı. 

Saat 8:00-da Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini də atəşə tutdu. 

Düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar kənd tam orta məktəbinə külli miqdarda ziyan dəydi. 

Elə həmin saatlarda düşmən Ağdamı yenidən raket atəşinə tutdu. Nəticədə rayonun Böyükbəyli kəndinə düşən mərmi səbəbindən 2 mülki şəxs xəsarət aldı. 

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edildi. 

Saat 11:30-da isə Ermənistan silahlı qüvvələri Bərdə şəhərini yenidən atəşə tutdu. 

Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər 5 mülki şəxsin yaralanmasına səbəb oldu, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəydi. 
 

Ermənistan silahlı qüvvələri həmçinin "Toçka-U" taktiki raket kompleksindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirdi. 


Saat 12:30-da Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastruktur və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımladı. 

Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolunu da artilleriya atəşi ilə məhv edilmişdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

Bu insanlar üçün sabah hava necə olacaq?

Bu insanlar üçün sabah hava necə olacaq?

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

İranda bir neçə idmançı saxlanıldı

İranda bir neçə idmançı saxlanıldı

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

“Sabah” NTD-yə qalib gəlib

“Sabah” NTD-yə qalib gəlib

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Magistraturaya qəbul imtahanı keçirildi

Magistraturaya qəbul imtahanı keçirildi

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

Moskvaya doğru DRONLAR uçur

Moskvaya doğru DRONLAR uçur

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO