“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı – FƏRMAN

0:00
0:00

Prezident İlham Əliyev “Sənaye Parkının yaradılması haqqında" Fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. 

Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar.

Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır. 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir. 

Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 

Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb. 

Nazirlər Kabineti Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

İqtisadiyyat Nazirliyi Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etməlidir. 

Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etməlidir. 

Aidiyyəti dövlət orqanları (qurumları) Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

İlham Əliyev: “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”

İlham Əliyev: “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”

Göygöldə yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Göygöldə yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

Vuçiç: "İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər”

Vuçiç: "İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər”

İlham Əliyev: “Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır”

İlham Əliyev: “Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır”

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Əlinizi nəyə toxundursanız “tok vurur”? – Səbəbi BƏLLİ OLDU

Əlinizi nəyə toxundursanız “tok vurur”? – Səbəbi BƏLLİ OLDU

Aleksandar Vuçiç: “Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var”

Aleksandar Vuçiç: “Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var”

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

Azərbaycan və Serbiya arasında sənədlərin imzalanması mərasimi keçirildi - VİDEO

Azərbaycan və Serbiya arasında sənədlərin imzalanması mərasimi keçirildi - VİDEO

"Fənərbağça"nın keçmiş çalışdırıcısı İngiltərə klubunun baş məşqçisi təyin edildi

"Fənərbağça"nın keçmiş çalışdırıcısı İngiltərə klubunun baş məşqçisi təyin edildi

100 min qadın orduya çağırılır

100 min qadın orduya çağırılır

Azərbaycanda suyun qiyməti BAHALAŞDI

Azərbaycanda suyun qiyməti BAHALAŞDI

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi - FOTO

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Mehriban Əliyeva Emin Hüseynovu məhv etdi: Qadın paltarında sən idin? - VİDEO

Mehriban Əliyeva Emin Hüseynovu məhv etdi: Qadın paltarında sən idin? - VİDEO

Bu yollarda görmə məsafəsi məhdudlaşacaq

Bu yollarda görmə məsafəsi məhdudlaşacaq

“Neftçi”dən ardıcıl üçüncü qələbə - VİDEO

“Neftçi”dən ardıcıl üçüncü qələbə - VİDEO

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

Bu insanlar üçün sabah hava necə olacaq?

Bu insanlar üçün sabah hava necə olacaq?

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirildi - FOTO-VİDEO

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirildi - FOTO-VİDEO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi - FOTO/VİDEO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO