“Yeddinci bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”
Bizim.Media-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı belə söyləyib.
Dövlən başçısının sözlərinə görə, Azərbaycan vətəndaşları Qarabağın bütün yerlərinə dönəcəklər:
“Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır”.
Bizim.Media