Ermənistan Baş naziri Nikol Paşinyan, Putinin 19-20 oktyabr tarixlərində müqaviləni imzalamaq təklifini niyə rədd etdiyini izah edib.
Bizim.Media-nın xəbərinə əsasən, Paşinyan qeyd edib ki, müqaviləyə əsasən azərbaycanlı qaçqınlar Şuşaya qayıtmalı idilər və bu, şəhər əhalisinin 90% -ni təşkil edir. Qarabağın bu razılaşmada statusu yox idi.
Paşinyana görə, Azərbaycan prezidenti İlham Əliyev Qırmızı Bazar – Şuşa magistral yoluna nəzarəti əldə etmək istəyirdi.
Paşinyan belə şərtlərlə razılaşa bilməyib. Sonucda isə imzalamaq məcburiyyətində qalan Paşinyana bu sualı vermək yerinə düşür: “Nə oldu bəs, Paşinyan?”
Bizim.Media