Ceyhun Bayramov: «QDƏT bölgədə yaranan yeni reallığı qiymətləndirməlidir»

Azərbaycanın xarici işlər naziri Ceyhun BayramovQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxış edib.

Bizim.Media xəbər verir ki, nazir çıxışında deyib:

"İlk növbədə, QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirərək, Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Təşkilatımız gələcəyə birgə baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradılmışdır.

QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəldi.

Bir çox vacib təşəbbüslərin elan edilməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir. Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT, üzv dövlətlərə COVİD böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurmanı həyata keçirməkdə köməklik göstərə bilər.

Öz tərəfindən, Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır.

Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvarıq. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik.

COVİD-19 pandemiyası iqtisadi itkilərə gətirən zərərini davam etdirir. Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilərik.

İnkişaf etmiş infrastruktur və daha yaxşı biri-biri ilə birləşən nəqliyyat dəhlizləri vasitəsi ilə geniş Qara dəniz bölgəsində daha yaxşı əlaqələr naminə işimizi davam etdirməliyik. Bu kontekstdə tranzitin asanlaşdırılması, əməliyyatların rəqəmsallaşdırılması, nəqliyyat və ticarətdə tənzimləyici və prosedura maneələrinin aradan qaldırılması üçün səylərin iki dəfə artırılması vacibdir.

Azərbaycan Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və iri investorlar üçün münasib Ələt Azad İqtisadi Zonası ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli nəqliyyat dəhlizinin, habelə bütün regionun tranzit imkanlarının artırılmasına yönəlmiş Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yolları inkişafına praktik töhfəsini davam etdirir.

Tikinti işlərinin inoqurasiyasından dörd il yarım sonra Trans-Adriatik boru kəmərinin kommersiya istismarı başlayıb.

Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. Bir neçə QDİƏT üzv dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır.

Münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı.

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.

Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.

Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var.

QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.

Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

End of content

No more pages to load

RADİO