Mətbuat Şurası Fransa KİV-nə müraciət etdi

Azərbaycan Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib.

Bizim.Media bildirir ki, müraciətdə deyilir:

"Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, dövlət və hökumət qurumları, qeyri-hökumət təşkilatları kimi, ölkəmizin media ictimaiyyətinin nümayəndələri, müstəqil jurnalistləri də Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnaməsindən narahatlıq keçirdiklərini və təəssüfləndiklərini bildirir".

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlayan Azərbaycan jurnalistləri hesab edirlər ki, belə bir sənədin qəbulu nəinki ölkəmizin beynəlxalq səviyyədə, o cümlədən Fransa dövləti tərəfindən tanınmış ərazi bütövlüyünün nəzərə alınmamasına, habelə münaqişənin ədalətli həllinə maneçilik törətməyə hesablanmış hərəkətdir".

"Qətnamə eyni zamanda bölgədə davamlı sülhün, sabitliyin və əminamanlığın, Azərbaycan və erməni xalqlarının eyni coğrafiyada dinc şəraitdə yaşamalarına yol verməməyi hədəf seçən, gələcəkdə təxribatlar üçün zəmin yaradan məsuliyyətsiz davranışdır".

"Aydındır ki, sözügedən sənəd Fransa Senatında təmsil olunan ermənipərəst çoxluğun lobbiçiliyinin məhsuludur".

"Erməni lobbi və diaspor təşkilatları Fransanın ən müxtəlif dairələrində kifayət qədər aktiv təmsil olunurlar".

"Vəziyyətin obyektiv səbəblərinin olması reallığını, müəyyən tarixə, keçilmiş yola əsaslandığını qəbul edirik. Ancaq hesab edirik ki, bu, hadisə və proseslərə baxışda aşkar qeyri-obyektivliyə, ədalətsizliyə, heç bir ölçüyə sığmayan yanaşmaya gətirib çıxarmamalıdır. Mediamız məlum qətnamənin qəbulu ilə Azərbaycana münasibətdə məhz bu ayrıseçkiliyi görür".

"Təəssüf ki, Fransanın kütləvi informasiya vasitələrinin bir çoxunun da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri söyləmədiklərinə, yalanları yaydıqlarına dair kifayət qədər əsaslar var".

"Biz münaqişəsi bölgəsindən obyektiv reportaj hazırlayan “TF1” telekanalının əməkdaşı Liseron Budulun erməni lobbisinin təmsilçiləri tərəfindən təzyiqə, hədə-qorxuya, aşağılayıcı rəftara məruz qalmasına Fransanın media ictimaiyyətinin, ümumən vətəndaş cəmiyyəti institutlarının böyük ölçüdə susqunluq nümayiş etdirdiklərini görmüşük".

"Jurnalistikaya təzyiq kimi ikrah doğuracaq davranışı həyata keçirənlərin Fransanın tarixi şəxsiyyətlərinin, mütəfəkkirlərinin baxışlarının təntənəsi kimi meydana çıxan demokratizmi, bəşəri prinsipləri təhdid etmə “cəsarətindən” hiddətlənmişik".

"Bir qrup erməninin qədim tarixə, ənənəyə malik ölkənin yaşatdığı dəyərləri asanlıqla, hər hansı hədd bilmədən heçə sayması həqiqətən çox üzücüdür. Bilmənizi istərdik ki, üzüntümüz, təəccübümüz və təəssüfümüz Fransa Senatının məlum qətnaməsi ilə daha da artdı".

"Biz, ölkəmizin tanınmış media orqanlarını sıralarında birləşdirən Azərbaycan Mətbuat Şurasına üzv kütləvi informasiya vasitələri, ümumilikdə Azərbaycan jurnalistləri Fransa mediasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalət nümayişinə çağırırıq".

"Biz, Azərbaycan jurnalistləri bütün dünyada mütərəqqi ictimai təsisat kimi qəbul edilən jurnalistikanın bəşəri dəyər və prinsiplər naminə səfərbərlik missiyasına inanırıq".

"Arzu edərdik ki, eyni səfərbərliyi Fransa mediası Dağlıq Qarabağ həqiqətlərinə münasibətdə də həyata keçirsin. Sizləri əmin edirik ki, bu, dünyada mürəkkəb bölgə kimi qəbul edilən Cənubi Qafqaz regionunda yaşayan insanların gələcək taleyi baxımından olduqca vacibdir".

"Siyasilərin avantürist baxışlarının bəşəri dəyər və prinsipləri təhdid etməsinə, etnik separatizmi alovlandırmasına meydan verməyin! Nəzərə alın ki, Fransa da Azərbaycan kimi ən müxtəlif dindən də dildən olan insanların birgə yaşadıqları ölkədir və heç bir fransalı istəməz ki, onun Vətəni bölünsün! Heç bir azərbaycanlı, çoxmillətli Azərbaycan xalqının heç bir nümayəndəsi də bunu istəmir!"

"Biz bu bölgədəki həqiqətlərin öyrənilməsi, ictimai maraqların, xalqların mənafelərinin qorunması ilə bağlı təsəvvürlərinizin genişlənməsi üçün sizinlə hər cür əməkdaşlığa, fikir mübadiləsinə, açıq müzakirələrin aparılmasına hazırıq".

"Belə bir istək və məramı ifadə etmənizdən yalnız məmnun ola bilər, köməyimizi əsirgəmərik".

"Nəhayət, biz sizlərin Fransa Senatının Dağlıq Qarabağla bağlı çıxardığı ədalətsiz qəntaməsinə ictimai reaksiyanın formalaşması üçün dəstək göstərmənizdən məmnun olardıq".

"Bunun haqqa, ilahi ədalətə əsaslanan mövqe olduğuna inanırıq. İstərdik ki, siz də inanasınız. Bu mövqe eyni zamanda Fransa və Azərbaycan xalqları arasındakı dostluq və əməkdaşlığın qorunmasına və inkişaf etdirilməsinə yönələn mövqedir".

"Bunu da nəzərə almağınızı xahiş edir, hər birinizə uğurlar, möhkəm cansağlığı arzulayırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

End of content

No more pages to load

RADİO