2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.
Nazirliyin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə ediblər.
Eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əlaqələrin inkişafından bəhs edib, həmçinin çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə dair danışıqlar aparıblar.
Bizim.Media