“Hesab edirəm ki, Fransa senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar. Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir”.
Bizim.Media-nın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.
O, Azərbaycanın Fransadakı səfiri geri çağrılmalısını zəruri hesab edib: “Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik. Bu qələbəni biz ona görə qazandıq ki, Azərbaycan xalqı ordusu və prezidenti ilə birgə oldu”.
Bizim.Media