“Fransa senatorlarının kimliyinə baxılmalıdır. Onlar Əlcəzairdə qırğınlar törədənlərin, qaradərililəri dənizdə boğanların nəvələridir. Bu, həm də Avropa demokratiyasının sifətini açır”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında MM sədrinin müavini Fəzail İbrahimli deyib.
Vitse-spiker bildirib ki, Fransa senatın qərarı Avropa demokratiyasının üzünə tüpürməsidir:
“Fransanın içi yanır, göynəyir, çünki Türkiyə və Rusiya onu kənarlaşdırdı, münaqişəni həll etdi. Fransa axı ermənilərə söz vermişdi. İndi Azərbaycanla Senat dilində danışmaq olmaz. Azərbaycanla danışığın bir forması var: Haqq ədalət müstəvisində, yalvarışlı və yazıq formada danışıqda, Azərbaycan nəyisə güzəşt edə bilər”.
Bizim.Media