Bu gün Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 saata yaxın davam edən iclas Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.
Bildirilib ki, iclasda bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə olunub:
“Atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb".
Bizim.Media