Zərifdən Ceyhun Bayramova təbrik

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkəmizin İranla faydalı əməkdaşlığını məmnunluqla qeyd edib.

Nazir bu görüşün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olduğu əlamətdar bir gündə keçirildiyini vurğulayıb.

O, Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib.

Ceyhun Bayramov Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunmasının qonşu və dost İran İslam Respublikası ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını bildirib.

İran xarici işləri naziri Məhəmməd Cavad Zərif işğal altında olan ərazilərimizin azad edilməsi, eləcə də bu gün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması münasibəti ilə öz təbriklərini çatdırıb.

Nazir münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.

Tərəflər əməkdaşlığın Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası çərçivəsində davam etdirməsinin vacibliyini vurğulayıblar.

Həmçinin Azərbaycan və İran arasında ikitərəfli qaydada olduğu kimi, çoxtərəfli regional formatlarda da əməkdaşlığın davam etdirməyin zəruruliyini qeyd ediblər.

Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

End of content

No more pages to load

RADİO